Azərbaycan Minifutbol Millisi Yenidən Avropa Çempionu Oldu!

1 Dəq Oxuma Müddəti

Finalda möhtəşəm qələbə

Azərbaycanın minifutbol millisi Slovakiyada təşkil olunan 12-ci Avropa çempionatının finalında Ukrayna ilə qarşılaşıb.

Bratislavadakı “Tipos Arena”da keçirilən həlledici görüş Elşad Quliyevin rəhbərlik etdiyi komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin qollarını Mirmehdi Rzayev və İsa Atayev vurub.

Tarixi ikinci Avropa çempionluğu

Bu nəticə ilə Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionu olub.

Komandamız daha əvvəl 2022-ci ildə də qitə çempionluğunu qazanmışdı.

Azərbaycan bununla Rumıniyadan sonra Avropa çempionluğunu iki dəfə qazanan ikinci komanda kimi tarixə düşüb.

Ukrayna ilk finalında məğlub oldu

Tarixində ilk dəfə Avropa çempionatının finalına yüksələn Ukrayna millisi həlledici oyunda Azərbaycan qarşısında məğlub olub.

Millimizin çempionluq yolu

Azərbaycan yığması turnirdə uğurlu çıxışı ilə diqqət çəkib.

Komandamız:

  • 1/8 finalda Qazaxıstanı 3:2,
  • 1/4 finalda Çexiyanı 5:2,
  • yarımfinalda isə Serbiyanı penaltilər seriyasında 3:1 hesabı ilə məğlub edib.

Qrup mərhələsində isə millimiz:

  • Avstriyanı 1:0,
  • İtaliyanı 3:0,
  • Fransanı isə 3:2 hesabı ilə üstələyib.

Rumıniya rekordçudur

İndiyədək minifutbol üzrə Avropa çempionu adını 6 ölkə qazanıb.

Rumıniya 6 çempionluqla rekord sahibidir. Azərbaycan, Çexiya, Qazaxıstan, Rusiya və Serbiya isə hərəyə bir dəfə bu titulu əldə edib.

Qeyd edək ki, Rumıniya sonuncu dəfə 2015-ci ildə Avropa çempionu olub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş