Ayətullah Behcətin Bütün Dünya Xəzinələrindən Daha Qiymətli Hesab Etdiyi Zikr

1 Dəq Oxuma Müddəti

Böyük mərcəyi-təqlid Ayətullah Behcət ondan xüsusi və dəyərli bir zikr öyrətməsini istəyən şəxsə bütün dağların cəvahiratından və dənizlərin incilərindən daha qiymətli hesab etdiyi mənəvi bir xəzinəni tövsiyə edib.

Ayətullahül-üzma Behcət öz müridlərindən birinin böyük bir zikr öyrənmək istəyinə cavab olaraq ona mənalı bir sual verib və qısa, lakin son dərəcə dəyərli bir tövsiyə edib.

“Be Şiveye Baran” (“Yağışın üslubunda”) kitabının 59-cu səhifəsində bu hadisə belə nəql olunur:

Bir nəfər Ayətullah Behcətdən xahiş edir:

— Mənə çox böyük bir zikr öyrədin!

Ayətullah Behcət ondan soruşur:

— Sənə elə bir zikr öyrədimmi ki, dünyanın bütün dağlarındakı cəvahiratlardan və bütün dənizlərdəki incilərdən daha qiymətli olsun?

Həmin şəxs böyük həvəslə razılıq verir və xüsusi, uzun bir zikr eşidəcəyini gözləyir.

Lakin Ayətullah Behcətin cavabı cəmi üç sözdən ibarət olur:

“İstiğfar… İstiğfar… İstiğfar!”

Yəni Allahdan bağışlanma diləmək!

Rəvayətin davamında bu zikrin təsirləri haqqında bildirilir ki, istiğfar insanın ruhunu saflaşdırır, bağlı qapıları açır və hacətlərin yerinə yetirilməsində təsirli olur.

Ayətullahül-üzma Behcətin bu tövsiyəsi insanın mənəvi həyatında istiğfarın əhəmiyyətini və nəfsin tərbiyəsi yolundakı təsirlərini bir daha vurğulayır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş