ABŞ-İran müharibəsində atəşkəs, danışıqlar, müharibə, sülh qarışıqlığı hər gün fərqli bir bəyanatla davam edir. Amerika səhər dediyini axşam olmadan dəyişir. Axşam atəşkəs deyir, səhər hücum edir.
Bu vəziyyət Amerikanın həqiqi hədəfini gizlətməsi və siyasi rəsmilərin həqiqətləri söyləməməsindən qaynaqlanır.
Dünən axşamdan bəri yenidən danışıqlar gündəmə gəlib.
Danışıqların təbiətində hər iki tərəfin istəkləri və şərtləri vardır. Hər iki tərəf də güzəştə getmək məcburiyyətindədir.
Hər iki tərəfin qırmızı xətləri və imtina edə bilməyəcəkləri tələbləri vardır. Güzəşt verilməzsə buna danışıq deyilmir, təslim olmaq deyilir.
Əli güclü olan daha çox güzəşt alır, zəif olan isə daha çox güzəşt verir.
Danışıq və sülh yaxşıdır; Ədalətli olarsa, hər kəs haqqını alarsa, heç kim təhdid edilməz və zorakılığa məruz qalmazsa, hər iki tərəf etibarlı olub sözünün üstündə durarsa, danışıq və sülh hər zaman müharibədən daha yaxşıdır.
Amerikanın atəşkəs və danışıqlardan məqsədi nədir?
Amerika bütöv şəkildə Amerikanın qələbəsini və İranın təslim olmasını istəyir. Amerika 47 ildir embarqo və təzyiqlərlə İranı təslim ala bilmədi.
Müharibə və qırğınlarla sınadı, İran yenə də təslim olmadı.
İndi isə danışıq, sülh şüarı hiyləsi ilə yaxınlaşır. İranı atəşkəs və danışıqlarla təslim almağa çalışır.
Amerikada demokrat və respublikaçıların hamısının hədəfi eynidir, amma strategiya və taktikaları fərqlidir. Trampın etirazları “niyə bu işi bitirmədin, niyə İranı təslim ala bilmədin” məsələsidir.
Bəs İran tərəfində atəşkəs və danışıqlara baxış necədir?
İranda üç baxış var:
a- Quruşçu milliyyətçilər və vətənpərvərlər; nə olursa olsun sülh bağlansın, bu müharibə bitsin. Amerikaya qarşı qələbə qazana bilmərik, bizi daha pis günlər gözləyir, iqtisadiyyat, işsizlik, inflyasiya, barışaq və rahat bir nəfəs alaq.
b- İnqilabçı vətənsevər məsləhətçilər; müddətsiz atəşkəs və daimi sülh üçün danışıqlar aparaq, qarşılıqlı güzəştlərlə, qazan-qazan prinsipi ilə bu iş artıq bitsin. Nə Amerikaya təslim olaq, nə də şərtlərimizi məcbur edək. Biz də güzəşt verək, Amerikadan da güzəşt alaq. Amerika ilə düşmən olmadan yaşayaq.
c- Vilayətçi qanad; Amerikaya etibar olmaz, bütün nailiyyətlərimizi əlimizdən almaq istəyir və biz təslim olana qədər bizi rahat buraxmayacaq. Bu danışıqlar bir hiylədir. Amerika ya şərtlərimizi qəbul edər, ya da sona qədər müharibə apararıq. Zühura qədər yalnız müqavimət və mübarizə ilə qələbə qazana bilərik, bundan başqa hər cür uzlaşma məğlubiyyətdir. Məktəbə xəyanətdir.
Amerika ilə danışıq və sülh masasına oturan, əvvəlcədən uduzmuşdur. Qazanmaq ehtimalı sıfırdır. İranın ən peşəkar, ən uğurlu diplomatları belə masaya otursa, bu dəyişməz. Şeytanla eyni masaya oturmaq əvvəldən uduzmaqdır.
Danışıq masasında “kim nə verdi”, “kim nə aldı”, “kim nə qədər güzəşt verdi”, “kim güzəşt vermədi?” məsələsinə baxın, kimin yalan danışdığı, kimin masada qazandığı aydın olacaq.
Allah İmam Zamanın (ə.f) zühurunu tezləşdirsin.
