ABŞ Mediasından Diqqətçəkən Etiraf: Dəfn Mərsimi İranda Milli Birliyi Gücləndirdi

1 Dəq Oxuma Müddəti

“The New York Times” mərasimi təhlil edib

ABŞ-nin “The New York Times” qəzeti şəhid Ayətullah Seyid Əli Xameneinin Tehranda keçirilən dəfn mərasimi ilə bağlı dərc etdiyi təhlildə tədbiri “İranda milli birlik və həmrəyliyin nümayişi” kimi qiymətləndirib.

Nəşr yazır ki, Tehrandakı İmam Xomeyni Müsəlla məscidində keçirilən mərasimdə İranın yüksək vəzifəli dövlət rəsmiləri ilə yanaşı, çoxsaylı vətəndaş da iştirak edib.

Mərasimdə diqqət çəkən şüarlar

Qəzetin məlumatına görə, mərasim iştirakçıları tez-tez intiqam çağırışları səsləndirib, Ayətullah Seyid Əli Xameneinin şəkillərini və “qanı yerdə qalmayacaq” məzmunlu plakatlar nümayiş etdiriblər.

Mərasimdə ölkənin müxtəlif bölgələrindən gələn insanların iştirak etdiyi də qeyd olunub.

“Bu, təkcə vida mərasimi deyildi”

“The New York Times” yazır ki, keçirilən tədbir adi yas mərasimindən daha geniş məna daşıyıb.

Nəşrin təhlilinə görə, mərasim İran cəmiyyətində birlik və həmrəyliyi nümayiş etdirən simvolik hadisə kimi qiymətləndirilə bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş