ABŞ Konqresi Trampın İrana Qarşı Müharibəsini Məhdudlaşdıra Bilmədi

1 Dəq Oxuma Müddəti

Səslərin bərabərliyi qanun layihəsini dayandırdı

ABŞ Nümayəndələr Palatasında keçirilən səsvermədə Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmağı nəzərdə tutan layihə qəbul olunmayıb.

Səsvermənin nəticəsi 212-yə qarşı 212 olub və bu səbəbdən layihənin növbəti mərhələyə keçməsi mümkün olmayıb.

Layihə prezidentin İrana qarşı müharibəni davam etdirmək üçün Konqresdən rəsmi icazə almasını tələb edirdi.

Respublikaçılar demokratların təşəbbüsünü dayandırdı

ABŞ Nümayəndələr Palatası-nda respublikaçılar demokratların təşəbbüsünün qarşısını üçüncü dəfə ala biliblər.

Qanun layihəsinə iki respublikaçı deputat – Brayan FitspatrikTom Barret dəstək verib.

Demokrat deputat Jared Golden isə respublikaçılarla birlikdə layihənin əleyhinə səs verib.

Senatda da oxşar təşəbbüs uğursuz olmuşdu

Bu səsvermə ABŞ Senatında oxşar təşəbbüsün uğursuzluğa düçar olmasından bir gün sonra baş tutub.

Demokratlar Tramp administrasiyasının İranla bağlı hərbi siyasətini məhdudlaşdırmaq üçün artıq bir neçə dəfə “Müharibə Səlahiyyətləri Qanunu” çərçivəsində təşəbbüslər irəli sürüblər.

Lakin bu cəhdlər indiyədək nəticəsiz qalıb.

Demokratlar siyasi təzyiq yaratmağa çalışır

Demokratlar bu layihələri təkrar gündəmə gətirməklə respublikaçıları İrana qarşı müharibə məsələsində açıq mövqe bildirməyə məcbur etməyə çalışırlar.

Müşahidəçilər hesab edir ki, müharibənin iqtisadi və siyasi nəticələri ABŞ-da xüsusilə noyabr ayında keçiriləcək aralıq seçkilər öncəsi əsas müzakirə mövzularından birinə çevrilib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş