Azərbaycan Kubokunda Həyəcan: “Kəpəz”, “Sumqayıt” və “Qəbələ” 1/4 Finala Yüksəldi

2 Dəq Oxuma Müddəti

1/8 finala yekun vuruldu: Üç komanda mərhələ adladı

Azərbaycan Kubokunun 1/8 final mərhələsi bu gün yekunlaşıb və üç qarşılaşmada növbəti mərhələyə yüksələn komandalar müəyyənləşib.

“Qəbələ” – “Şəfa”: Sanqarenin dubulu qələbəni təmin etdi

“Qəbələ” 1-ci liqanın lideri “Şəfa”nı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Oyunda qolların ikisini İbrahim Sanqare vurub. Bu nəticə ilə Kaxaber Sxadadzenin komandası 1/4 finalda “Sabah”la qarşılaşacaq.

“Sumqayıt” – “Difai”: Qonaqlar inamlı qələbə qazandı

“Sumqayıt” səfərdə “Difai”ni 3:1 hesabı ilə məğlub edib. Komandanın qolları Ronald Vaskez (dubl) və Aleksandr Ramalinqom tərəfindən vurulub. “Difai”nin heyətində 84-cü dəqiqədə Roman Hüseynov qırmızı vərəqə alıb. “Sumqayıt” 1/4 final mərhələsində “Zirə”nin rəqibi olacaq.

“Araz-Naxçıvan” – “Kəpəz”: Həlledici qol əlavə vaxtda gəldi

Günün ən gərgin oyunlarından biri “Araz-Naxçıvan” ilə “Kəpəz” arasında baş tutub. Əsas vaxt 0:0 hesabı ilə tamamlanıb. Əlavə vaxtda isə Ohorinin 115-ci dəqiqədə vurduğu qol Gəncə klubunu 1/4 finala yüksəldib. Növbəti mərhələdə “Kəpəz” “Turan Tovuz”la üz-üzə gələcək.

Digər nəticələr

2 dekabr

  • “Zirə” – “Neftçi” – 1:0

  • “Şahdağ Qusar” – “Turan Tovuz” – 1:2

3 dekabr

  • “Qarabağ” – “Karvan-Yevlax” – 3:0

  • “Şamaxı” – “Bakı Sportinq” – 1:0

  • “İmişli” – “Sabah” – 1:2

1/4 final cütləri

  • “Turan Tovuz” – “Kəpəz”

  • “Zirə” – “Sumqayıt”

  • “Şamaxı” – “Qarabağ”

  • “Sabah” – “Qəbələ”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş