Respublikaçılar ABŞ Senatında Venesuelaya Hücum Qərarını Blokladı

2 Dəq Oxuma Müddəti

Senatda Venesuela mübahisəsi

ABŞ Senatında Respublikaçılar, Prezident Donald Trampın Konqresin icazəsi olmadan Venesuelaya hərbi əməliyyat keçirməsini qadağan edəcək qərar layihəsini bloklayıblar

Səsvermə nəticəsində “Müharibə səlahiyyətləri haqqında qanun layihəsinin” gündəliyə salınması 51 əleyhinə qarşı 49 səslə rədd edilib.

Yalnız iki Respublikaçı senator Demokratlarla birləşərək layihəni dəstəkləyib. Bu isə partiyanın böyük əksəriyyətinin Trampın Karib hövzəsindəki hərbi təzyiq siyasətini dəstəklədiyini göstərib.

Vaşinqton: “Hazırda hava hücumu planlaşdırılmır”

Səsvermədən əvvəl ABŞ administrasiyasının yüksək rütbəli nümayəndələri Konqres üzvlərinə “Vaşinqtonun hazırda Venesuela ərazisinə hava hücumu planlaşdırmadığı” barədə məlumat veriblər.

Lakin bu açıqlamaya baxmayaraq, Amerika mediasında müxtəlif hərbi müdaxilə ssenariləri müzakirə olunmaqdadır.

Tramp: “Maduronun günləri azalır”

Prezident Tramp bazar ertəsi bəyan edib:

“Venesuelada quru əməliyyatı aparmaq ehtimalını nə təsdiqləyirəm, nə də inkar edirəm,” – deyə o bildirib və əlavə edib: “Maduronun günləri azalır.”

New York Times yazır ki, Tramp “Amerika əsgərlərinin həyatını riskə atan və uğursuzluqla nəticələnə biləcək əməliyyata icazə verməkdə tərəddüd edir.”

ABŞ mediası: “Üç mümkün ssenari”

New York Times Tramp administrasiyasının hazırda Venesuelaya qarşı üç əsas planı müzakirə etdiyini iddia edir:

  1. Venesuela ordusunun Prezident Nikolas Maduraya dəstəyini zəiflətmək məqsədilə hərbi obyektlərə hava zərbələri endirmək.

  2. Maduronu həbs etmək və ya zərərsizləşdirmək üçün ABŞ xüsusi təyinatlılarının (Navy SEALs) əməliyyatı.

  3. Hava limanları, neft yataqları və strateji obyektlərin ələ keçirilməsi məqsədilə ABŞ qüvvələrinin Venesuelaya göndərilməsi.

Wall Street Journal: “Təzyiq planı genişlənir”

Wall Street Journal isə fərqli ssenarilərdən danışır:

  • Venesuela neftini alan ölkələrə qarşı sanksiyalar və əlavə rüsumlar tətbiq etmək.

  • Müxalifəti dəstəkləmək və bölgəyə daha çox ABŞ hərbi kontingenti yerləşdirməklə təzyiqi artırmaq.

  • Hərbi hədəflərə qarşı hava zərbələri və ya gizli əməliyyatlara başlamaq.

“Köhnə təzyiq siyasəti, yeni risklər”

Analitiklər bildirirlər ki, Venesuelaya qarşı mümkün hərbi ssenarilər həm regional sabitliyi pozacaq, həm də ABŞ-ın Latın Amerikasındakı nüfuzuna ciddi zərbə vuracaq.

Ekspertlərin fikrincə, Tramp administrasiyasının addımları 20-ci əsrdəki “Monroe doktrinası”nın yeni forması kimi qiymətləndirilir – yəni, ABŞ-ın Qərb yarımkürəsində hegemonluğunu qorumaq cəhdi.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş