HƏMAS: Netanyahu Əsir Razılaşmasını Pozdu, Beynəlxalq Aləmdə Təcrid Olunub

2 Dəq Oxuma Müddəti

HƏMAS: Netanyahu əsir razılaşmasını sabotaj etdi

Fələstin İslam Müqavimət Hərəkatı – HƏMAS, İsrail baş naziri Benyamin Netanyahunun əsirlərlə bağlı danışıqları öz inadkarlığı və davam edən hücum siyasəti ilə iflasa uğratdığını bəyan edib.

HƏMAS-ın açıqlamasına görə, Netanyahu yanvar ayında imzalanan razılaşmanı pozub, hətta Qətərdə danışıqlar aparan nümayəndə heyətini hədəfə alaraq sui-qəsd cəhdinə əl atıb.

BMT-də çıxışa etiraz

HƏMAS Netanyahunun BMT Baş Assambleyasında etdiyi çıxışa beynəlxalq etirazların genişlənməsini xatırladaraq, bir çox dövlət nümayəndələrinin zalı tərk etməsini İsrail baş nazirinin artmaqda olan beynəlxalq təcridinin göstəricisi adlandırıb.

Açıqlamada qeyd olunub:
“Təəccüblüdür ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayətlərinə görə ittiham olunan bir şəxs, BMT tribunasında ədalət və insanlıqdan danışır.”

“Uydurma təbliğat”

HƏMAS vurğulayıb ki, Netanyahunun Qəzzada törədilən qətliamları inkar etməsi və hücumları “müqavimətçilərin gizlənməsi” ilə əsaslandırması sadəcə uşaqlara və dinc sakinlərə qarşı törədilən cinayətlərin üzərini örtmək cəhdidir.

Hərəkat həmçinin Netanyahunun 7 oktyabr hadisələri ilə bağlı “təkrarlanan yalanlarının” dünya ictimaiyyəti qarşısında artıq ifşa olunduğunu bildirib.

Müqavimətin hədəfi

HƏMAS Netanyahunun “HƏMAS yəhudiləri bütün dünyada öldürmək istəyir” iddiasını da rədd edib. Açıqlamada bildirilib ki, hərəkatın mübarizəsi yalnız işğal olunmuş Fələstin torpaqları və müqəddəs yerlərin müdafiəsi ilə məhdudlaşır.

“Qəzzaya nəzarət planı xülyadır”

HƏMAS Netanyahunun Qəzzaya tam nəzarət qurmaq və burada “itaətkar hökumət” yerləşdirmək planlarını “xalis xülya” adlandıraraq, Fələstin xalqının buna heç vaxt icazə verməyəcəyini vurğulayıb.

Dövlətçilik vurğusu

Açıqlamanın sonunda hərəkat bir daha bəyan edib:
“Müstəqil Fələstin dövləti və onun paytaxtı Qüds xalqımızın təməl haqqıdır. Bu haqqı heç bir müharibə cinayəti əlindən ala bilməz.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş