Allianz Arenada uğurlu start
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Münhenin “Bavariya” klubu öz meydanında “Çelsi”ni qəbul etdi. Gərgin keçən qarşılaşmada alman təmsilçisi 3-1 hesabı ilə qalib gələrək turnirdə güclü mesaj verdi.
Matçın 20-ci dəqiqəsində London klubunun müdafiəçisi Trevo Çalobah topu öz qapısından keçirdi və hesab açıldı. Bu erkən hədiyyədən sonra meydan sahibləri üstünlüyünü daha da artırdı.
Harry Kane səhnədə
27-ci dəqiqədə Bavariya penalti qazandı. Topun arxasına keçən komandanın ulduz hücumçusu Harry Kane soyuqqanlı şəkildə zərbəsini dəqiq yerinə yetirərək hesabı 2-0 etdi.
Lakin Çelsi oyundan qopmadı. Cəmi iki dəqiqə sonra, 29-cu dəqiqədə Kol Palmer fərqi azaltdı və qonaqlar ilk hissəni ümidlə tamamladılar.
İkinci hissədə nöqtəni Keyn qoydu
İkinci yarıda Bavariya topa daha çox nəzarət edən tərəf oldu. 63-cü dəqiqədə yenidən Harry Kane fərqlənərək dubla imza atdı. Bu qol həm Çelsinin müqavimətini qırdı, həm də Bavariyaya rahat qələbə qazandırdı.
Bavariya güclü mesaj verdi
3-1 hesablı qələbə Bavariyanın turnirdəki iddiasını bir daha ortaya qoydu. Harry Kene-nin dublu isə Münhen təmsilçisinin hücum gücünü açıq şəkildə nümayiş etdirdi. Çelsi isə Almaniyadan xalsız dönərək qrup mərhələsinə uğursuz başlanğıc etdi.