İran–Qətər xəttində diplomatik təmas
İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə telefon danışığı aparıb.
Danışıq zamanı tərəflər regional və beynəlxalq vəziyyəti, eləcə də iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
Qətər: güc tətbiqi qəbuledilməzdir
Qətər tərəfi münaqişələrin güc yolu ilə həllinə qarşı olduqlarını vurğulayıb.
“Suverenlik qorunmalıdır”
Məhəmməd bin Əbdürrəhman Əl Tani İranın ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini qeyd edib və regionda dərhal sabitliyin bərpasına çağırıb.
Əraqçi: hücumlar xaricdən qaynaqlanır
Abbas Əraqçi isə bildirib ki, regiondakı gərginliyin əsas səbəbi ABŞ və sionist rejim İrana qarşı hərbi əməliyyatlarıdır.
O, həmçinin bəzi region ölkələrinin ərazilərindən və hərbi bazalarından istifadə edilərək İrana qarşı hücumların həyata keçirildiyini vurğulayıb.
“Ərazilərdən hücum üçün istifadə edilməməlidir”
İranlı nazir beynəlxalq hüquqa diqqət çəkərək bildirib ki, hər bir dövlət öz ərazisinin başqa ölkələrə qarşı hücum üçün istifadə olunmasına imkan verməməlidir.
Regional təhlükəsizlik çağırışı
Əraqçi region ölkələrini “müstəqil kollektiv təhlükəsizlik sistemi” qurmağa çağırıb və bunun bölgədə sabitliyin əsas şərti olduğunu qeyd edib.
İran: suverenliyimizi müdafiə edəcəyik
İran tərəfi ölkənin ərazi bütövlüyünü qorumaqda qətiyyətli olduğunu bir daha vurğulayıb.
Rəsmi Tehran mülki obyektlərə qarşı hücumları “müharibə cinayətləri” kimi qiymətləndirərək, bu addımların beynəlxalq məhkəmələrdə araşdırılmalı olduğunu bildirib.
Regionda gərginlik davam edir
ABŞ və sionist rejim İrana qarşı davam edən əməliyyatları fonunda bölgədə vəziyyət gərgin olaraq qalır. İran isə cavab tədbirləri çərçivəsində hərbi və strateji hədəfləri vurduğunu açıqlayır.
