Hind okeanında raket zərbəsi
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlayıb ki, dəniz qüvvələri Hind okeanının dərinliklərində yerləşən strateji ABŞ hədəfini raketlə vurub.
Qurumun məlumatına görə, ABŞ esminesi İran sahillərindən təxminən 650 kilometr aralıda yanacaq təchizatı zamanı hədəfə alınıb. Bildirilir ki, hücum “Qədr 380” və “Təlaiyyə” tipli raketlərlə həyata keçirilib və gəmidə genişmiqyaslı yanğın baş verib.
SEPAH iki gəmidə – esmines və təchizat gəmisində yanğın çıxdığını bildirdi.
Körfəzdə ABŞ qüvvələrinə zərbələr
SEPAH-ın “Xatəm əl-Ənbiya” qərargahı Dubayda ABŞ dəniz piyadalarının yerləşdiyi məntəqənin hədəf alındığını bildirib. Açıqlamada 160 hərbçinin vurulduğu, onlardan 100-nün həlak olduğu açıqlandı.
Bundan əlavə, Bəhreyndə yerləşən Şeyx İsa bölgəsindəki ABŞ bazasına raket və pilotsuz aparatlarla zərbələr endirildiyi qeyd olunub. Küveytdəki ABŞ qüvvələrinin də onlarla PUA ilə hədəfə alındığı bildirilib.
CIA obyektinə hücum
Bu arada, The Washington Post qəzetinin iki mənbəyə istinadən verdiyi məlumata görə, bazar ertəsi günü İran mənşəli olduğu ehtimal edilən pilotsuz aparat Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus obyektə zərbə endirib.
Məlumata əsasən, hədəf Səudiyyə Ərəbistanındakı ABŞ səfirliyinin ərazisində yerləşən CIA bölməsi olub.
