ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) 2026-cı ilin əvvəlindən bu yana rekord sayda məhkəmə qərarını pozduğu üzə çıxıb.
Minnesota Ştat Məhkəməsi tərəfindən yayımlanan sənədə əsasən, ICE 2026-cı ilin əvvəlindən bəri bəzi federal qurumların yaradıldıqları vaxtdan indiyədək pozduqlarından daha çox məhkəmə qərarını pozub.
Sənəddə qeyd olunur: “ICE 2026-cı ilin yanvar ayında böyük ehtimalla bəzi federal qurumların bütün mövcudluğu ərzində pozduqlarından daha çox məhkəmə qərarını pozub. Məhkəmə ICE-ni xəbərdar edir ki, məhkəmə qərarlarına əməl etməməyə davam edərsə, qurum rəhbərləri və ya digər məsul şəxslər barəsində məhkəmə çağırışı (subpoena) verilə bilər. ICE özlüyündə qanun deyil”.
Sənədə əlavə olunan siyahıya görə, ICE 74 ayrı məhkəmə işi üzrə ümumilikdə 96 məhkəmə qərarını pozub. Məhkəmə həmçinin vurğulayıb ki, pozuntuların real miqyası ehtimal ki, daha genişdir, çünki siyahı yalnız 1 yanvar 2026-cı ildən etibarən qəbul edilən qərarları əhatə edir və qısa zaman kəsiyində tərtib olunub.
Jurnalist Karlson ABŞ-ın mümkün çöküşü barədə xəbərdarlıq etdi
Amerikalı jurnalist Taker Karlson ölkənin müxtəlif şəhərlərində baş verən iğtişaşların ABŞ-ın çöküşünün başlanğıcı ola biləcəyi barədə xəbərdarlıq edib.
“Hökumətin və bəlkə də bütün ölkənin ictimai toxumasının dağılmasına şahidlik edirik. Bu, həyatımızın ən ciddi anlarından biridir”, – deyə Karlson bildirib.
O əlavə edib: “Buradan çıxarıla biləcək ən mühüm nəticə ölkənin parçalanacağıdır. Bu, vətəndaş müharibəsidir. Tərifi də budur. Federal hakimiyyəti tanımayan, öz daxili idarəetməsinə malik bölgələr və ştatlar mövcuddur. Bu isə genişmiqyaslı zorakılıq, ardınca kütləvi qırğınlar və nəticədə vətəndaş müharibəsi ilə üz-üzə qalmaq deməkdir”.
