Rubio Etiraf Etdi: İrana Qarşı Mümkün Hərbi Macəra Son Dərəcə Ağır Nəticələrə Səbəb Ola bilər

2 Dəq Oxuma Müddəti

ABŞ Dövlət katibi Mark Rubio ölkəsinin Yaxın Şərqdəki hərbi mövcudluğu ilə bağlı diqqətçəkən bir etiraf edərək, bölgədə yerləşdirilmiş bütün Amerika əsgərlərinin İranın raket və pilotsuz uçuş aparatlarının (PUA) mənzili daxilində olduğunu qəbul edib.

Tramp administrasiyasının Dövlət katibi Mark Rubio, ABŞ Prezidentinin İrana və İslam İnqilabının Rəhbərinə yönəlik sərt ritorikasını təkrarlamaqla yanaşı, İrana qarşı mümkün hərbi macəranın son dərəcə ağır nəticələr doğura biləcəyini də açıq şəkildə ifadə edib.

Əl-Cəzirənin məlumatına görə, Rubio ABŞ Konqresində etdiyi çıxışda belə deyib:
“Yaxın Şərqdə 9 ayrı nöqtədə 30–40 min əsgərimiz var və onların hamısı İranın raket və PUA-larının mənzili daxilindədir.”

Rubio, Prezident Trampın hər zaman “önləyici müdafiə” seçimini masada saxladığını iddia etsə də, bu açıqlaması ilə ölkəsinin İran qarşısındakı həssaslığını dolayısı ilə etiraf etmiş oldu.

ABŞ-nin bölgədəki hərbi gücünün İran qarşısında yetərsizliyinə bir daha diqqət çəkən Rubio bildirib:
“İranın bölgədə yerləşən qüvvələrimizə mümkün hücumuna qarşı özümüzü müdafiə edə biləcək kifayət qədər gücə Yaxın Şərqdə sahib olmalıyıq. İran minlərlə ballistik raket ehtiyatına malikdir.”

Rubio həmçinin ABŞ və müttəfiqlərinə qarşı mümkün önləyici hücumların qarşısını ala və cavab verə biləcək bir qabiliyyətə sahib olmaları gərəkdiyini irəli sürüb.

Açıqlamasının başqa bir hissəsində isə Vaşinqton administrasiyasının İrana qarşı hərbi seçimin doğura biləcəyi nəticələrdən narahatlığını ortaya qoyan Rubio deyib:
“Ümid edirəm ki, İrana qarşı hərbi seçim mərhələsinə gəlmərik.”

Rubio sonda, İranda rejimin süqut etməsi halında nə baş verəcəyini heç kimin bilmədiyini də qeyd edib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş