İsrail ordusu Livanda Hizbullaha məxsus hədəflərə qarşı hücumlara başladığını təsdiqləyib.
İsrail ordusunun sözçüsü, polkovnik-leytenant Aviçay Adrainin Cənubi Livandakı Sahmar kəndi üçün etdiyi təxliyə xəbərdarlığından sonra hava hücumu başlayıb.
Livan rəsmiləri indiyədək kənd ətrafında iki hücumun həyata keçirildiyini bildiriblər.
