İran: Rusiya ilə Münasibətlərimiz Strateji Müttəfiqlik Səviyyəsindədir

1 Dəq Oxuma Müddəti

Moskva görüşü: Tehran və Moskva strateji xəttini təsdiqlədi

İran Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi Moskvada Rusiya Dövlət Dumasının beynəlxalq münasibətlər və müdafiə komitələrinin rəhbərləri ilə görüş keçirib. Səfər zamanı iki ölkə arasındakı siyasi və təhlükəsizlik əməkdaşlığı əsas müzakirə mövzusu olub.

Görüş barədə məlumat yayan İRNA agentliyi Əzizinin İran və Rusiyanın “strateji müttəfiqlər” olduğunu qeyd etdiyini yazıb. Onun sözlərinə görə, Tehran–Moskva xətti qısamüddətli və ya taktiki maraqlarla izah edilə bilməz, çünki bu münasibətlər daha dərin geosiyasi əsaslara dayanır.

Qərbin sanksiyaları əməkdaşlığı sürətləndirir

Əzizi bildirib ki, Qərb dövlətlərinin, xüsusən də sanksiyalar sahəsində yürüdüyü “düşmənçilik siyasəti” iki ölkənin qarşılıqlı əməkdaşlığının daha vacib və zəruri olmasına səbəb olur. O, iqtisadi, müdafiə və təhlükəsizlik sahələrində koordinasiyanın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Strateji tərəfdaşlıq artıq rəsmiləşib

Xatırladaq ki, bu il 2 oktyabr tarixində Rusiya və İran arasında imzalanmış “Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi” rəsmi olaraq qüvvəyə minib. Bu sənəd iki ölkə arasındakı münasibətləri yeni mərhələyə daşıyıb və əməkdaşlığın uzunmüddətli çərçivəsini müəyyən edib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş