Zərifin Gürcüstana səfəri başlayıb

Zərifin Gürcüstana səfəri başlayıb

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Gürcüstana səfəri başlayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, rəsmi qarşılama mərasimi Şota Rustaveli adına hava limanında olub.

İranlı naziri Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Xvtisaişvili qarşılayıb.

Gürcüstan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, İranlı diplomat işgüzar səfəri çərçivəsində Gürcüstan prezidenti Salome Zurabişvili, parlamentin sədri Arçil Talakvadze və baş nazir Qeorqi Qaxariya ilə görüşəcək.

Xəbəri paylaş

VİDEOLAR