Zərifdən Kaliforniya yanğını ilə bağlı paylaşım: Qəzzanı xatırladır

Zərifdən Kaliforniya yanğını ilə bağlı paylaşım: Qəzzanı xatırladır

İran prezidentinin strateji məsələlər üzrə köməkçisi Zərif Kaliforniyada baş verən yanğınlarla bağlı mesaj paylaşıb.

Az.rasthaber.com xəbər verir ki, Zərif yanğında itki verən Kaliforniyalılarla həmrəy olduğunu bildirib və bu faciənin Qəzzada baş verənləri xatırlatdığını bildirib.

İran prezidentinin strateji məsələlər üzrə köməkçisi Cavad Zərif X sosial media platformasındakı paylaşımında bunları deyib:

"Təbiətin qəzəbinə düçar olmuş Kaliforniyalılarla həmrəylik nümayiş etdirmək humanitar bir hərəkətdir. Xüsusilə çoxlarının Qəzza xalqına dəstək verdiyi bir yerdə İsrail vəhşiliyi nəticəsində hər şeyini itirən Qəzzalı insanları da xatırlamaq lazımdır".

Xəbəri paylaş

VİDEOLAR