Zərifdən ABŞ-a Əl-Qaidə ittihamlarına cavab

Zərifdən ABŞ-a Əl-Qaidə ittihamlarına cavab

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Mayk Pompeonun Tehrana qarşı Əl-Qaidə terror qruplaşması ilə bağlı səsləndirdiyi ittihamları uydurma adlandırıb

Rasthaber Azərbaycan xəbər verir ki, İran XİN rəhbəri Cavad Zərif bu barədə “Twitter” hesabında yazıb.

Pompeonun 2019-cu ilin aprel ayında Texas A&M universitetində etdiyi çıxışda "Mən CIA direktoruyam. Yalan danışdıq, aldatdıq və oğurladıq" ifadələrinə diqqətə çəkən Zərif "Yalan danışdığını, aldatdığını, oğurladığını etiraf edərək, fəlakətli karyerasını daha çox hərb təhrikedici yalanlarla acınacaqlı şəkildə sona çatdırır. Heç kəs inanmaz. 11 sentyabrdakı (ABŞ-dakı  Əl-Qaidə hücumu) terrorçular Pompeonun Orta Şərqdəki favorit yerlərindən gəldi. Heç biri İrandan deyil", -deyə bildirib.

ABŞ Əl-Qaidə terror qruplaşmasını İranla əlaqəli olduğunu bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR