İranın xarici işlər naziri “İstanbul prosesi-Asiyanın mərkəzi” proqramının xarici işlər nazirləri iclasında iştirak məqsədilə Türkiyəyə gəlib
Rasthaber Azərbaycan xəbər verir ki, İranın xarici işlər naziri “İstanbul prosesi-Asiyanın mərkəzi” proqramının xarici işlər nazirləri iclasında iştirak məqsədilə bu gün səhər tezdən Türkiyənin İstanbul şəhərinə daxil olub.
“İstanbul prosesi-Asiyanın mərkəzi” proqramının səkkizinci konfransı bu gün bölgənin on dörd ölkəsinin xarici işlər nazirlərinin iştirakı ilə İstanbulda keçirilir.
Cavad Zərif İstanbula daxil olarkən deyib: "Avropa Birliyinin və üzv ölkələrin nüvə anlaşmasının icrasına olan öhdəlik miqdarı qənaətbəxş deyil və bu məsələ nüvə anlaşması komissiyasında İran və iki qeyri-Avropa ölkəsi tərəfindən açıq şəkildə bəyan edilib."
Tədbir zamanı Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif arasında görüş olub.
Diplomatlar rəsmi Ankara və Tehran arasında münasibətlərin müxtəlif aspektlərini. regional və beynəlxalq məsələləri müzakirə ediblər.