İranın xarici işlər naziri bir tvitter mesajında Trampın Amerika qüvvələrinin Suriya neftindən ötrü bu ölkədə olduqlarını və İranın İŞİD-ə nifrət etdiyini vurğulayıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bu haqda dünən gecə bir tvitter mesajında yazıb.
"Donald Tramp bizim hamımızın bildiyimiz bir məsələni, yəni amerikalı hərbçilərin Suriya neftinə yiyələnmək üçün bu ölkədə olduqlarını etiraf edib.", -deyə Zərif qeyd edib.
Məhəmməd Cavad Zərif həmçinin İranın İŞİD-ə nifrət etdiyini etiraf və qəbul edib ki, Suriya, Rusiya və İran İŞİD-lə mübarizə apara bilərlər.
Zərif sonra deyib: "Lakin Birləşmiş Ştatlar nəinki İŞİD-lə vuruşmadı, əksinə qorxaqcasına İŞİD-in bir nömrəli düşməni olan general Süleymanini terror etdi və bunu yalnız Trampın əlaltıları və İŞİD bayram etdilər."