Zərif: Rəsmi Tehran Ərəbistanla əməkdaşlıq etməyə hazırdır, lakin...

Zərif: Rəsmi Tehran Ərəbistanla əməkdaşlıq etməyə hazırdır, lakin...

İran XİN başçısı Məhəmməd Cavad Zərif Rusiyaya bağlı xəbər agentliyinin suallarını cavablayıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran XİN başçısı Məhəmməd Cavad Zərif  Sputnik-ə müsahibəsində, dünya ictimaiyyətinin ABŞ-ın dünyanın bank sisteminə hakimiyyətinin rəsmən tanınmasının yaxud onun dəyişdirilməli olduğunun vacibliyi haqqında düşündüyünə toxunaraq deyib: "Bu istiqamətdə bir sıra addımlar atılır".

İranın xarici işlər naziri, "İran İslam Respublikası Səudiyyə Ərəbistanı ilə münasibətləri bərpa etmək üçün hansı addımları atıb?" sualının cavabında  "Rəsmi Tehran Ərəbistanla əməkdaşlıq etməyə hazırdır", -deyə cavablayıb.

Zərif sonra deyib: "Səudiyyə Ərəbistan rəsmilərinin məqsədi daha çox ABŞ və onun müttəfiqlərinin dəstəyilə müharibə yaratmaqdır. Yaxşı olar ki, səudlar bütün səylərini sionist rejim və ABŞ-la əməkdaşlığa yönəltməkdənsə, ayılıb regionda həmişə onların kənarında olanlarla danışığa başlasınlar".

İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılmasına dair səyləri haqda suala  "ABŞ Əhatəli Müştərək Təşəbbüs Proqramı haqqında danışmaq iqtidarında deyil", -deyə cavab verib.

Xəbəri paylaş

VİDEOLAR