Zərif Musəvinin Azərbaycana səfir təyin edilməsindən danışdı

Zərif Musəvinin Azərbaycana səfir təyin edilməsindən danışdı

Qonşular xarici siyasətimizin ilk prioriteti olduğunu elan etdiyimiz kimi, Azərbaycan Respublikası İran üçün son dərəcə mühüm ölkədir.”

Rasthaber Azərbaycan xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif söyləyib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı yeni səfirinin təqdim olunması mərasimində çıxış edən Məhəmməd Cavad Zərif sbildirib ki,  Abbas Musəvi Avropa və Asiyada daha sadə bir tapşırığı seçə bilərdi, amma o, Azərbaycan Respublikasını seçdi. Bu, bizim bu əziz qardaşımızın strateji baxış dərinliyini göstərir ki, fəaliyyət üçün qonşunu seçdi.

“Yaxşı təcrübəsinə, qonşu vilayətllərin hamısına baş çəkdiyinə və bu tapşırıq üçün yaxşı hazırlıq gördüyünə görə, əminəm ki, o, mütləq Bakıda daha müvəffəq və başıuca olacaqdır. Bu gün biz Azərbaycan Respublikası ilə çox yaxşı münasibətlərə malikik. Bu gün Azərbaycan Respublikası ilə ən yaxşı və ən yaxın əlaqələrə malikik və İranın Bakıdakı yeni səfiri Abbas Musəvinin tədbiri sayəsində bu əlaqələr daha da güclənəcəkdir.”, – deyə İran XİN rəhbəri əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR