İranın xarici işlər naziri yanvarın 26-da Rusiyaya səfər edəcək
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi məlumat verib.
Mariya Zaxarova qeyd edib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə onunla müxtəlif məsələlər, o cümlədən Dağlıq Qarabağ məsələsi barədə məsləhətləşmələr aparmalıdır.
Mühüm ikitərəfli məsələlər də İran və Rusiya xarici işlər nazirlərinin iş gündəmində durur.