Zərif bəzi ərəb ölkələrini Fələstin məsələsinə görə tənqid etdi

Zərif bəzi ərəb ölkələrini Fələstin məsələsinə görə tənqid etdi

Zərif müsahibəsində ərəb ölkələrinin ABŞ və İsrail ilə münasibətləri və bu əlaqələrin Fələstin məsələsinə təsirini şərh edib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Cavad Zərif bəzi ərəb ölkələrinin İsrail ilə yaxınlaşmasının ABŞ rəhbərliyinin Fələstinə qarşı "Əsrin sazişi" kimi birtərəfli qərarlar qəbul etməsinə səbəb olduğunu söyləyib.

Zərif müsahibəsində ərəb ölkələrinin ABŞ və İsrail ilə münasibətləri və bu əlaqələrin Fələstin məsələsinə təsirini şərh edib.

Son illərdə bəzi ərəb ölkələrinin ABŞ administrasiyasının açıqladığı qondarma sülh planı kimi Fələstin əleyhinə  olan layihələri dəstəklədiyini bildirən Zərif "Ərəb dünyası sadəcə ABŞ və İsrailə qarşı passiv olmayıb, eyni zamanda Fələstin əleyhinə də müttəfiq olub" deyib.

Bu vəziyyətin ərəb ölkələrini də zəiflətdiyini ifadə edən Zərif "Beləliklə, amerikalılar (Fələstinə qarşı) planlarını izah edə biləcəkləri qənaətinə gəldilər" ifadəsini işlədib.

İranın xarici işlər naziri Cavad Zərif ABŞ prezidenti Donald Trumpın Qolan təpələrinin İsrailin ərazisi kimi tanınması və Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarının arxasında bəzi ərəb ölkələrinin ABŞ qarşısındakı mövqelərinin olduğunu bildirərək, "Ərəb dünyası ABŞ-dan və sionist rejimdən öz təhlükəsizliklərinin təmin etməsini tələb edir. Özlərinə, xalqlarına və müsəlman qonşularına etibar etmək əvəzinə ABŞ-dan təhlükəsizlik tələb edirlər", -  deyə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR