İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif "Ortaq Fəaliyyət Planı"na tərəf ölkələr arasında Xarici işlər nazirləri səviyyəsində təşkil edilən yığıncağa münasibət bildirib
Rasthaber Azərbaycan xəbər verir ki, İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, nüvə razılaşması olaraq bilinən "Ortaq Fəaliyyət Planı"na tərəf ölkələr arasında Xarici işlər nazirləri səviyyəsində təşkil edilən yığıncağa Twitter hesabında münasibət bildirib.
Müzakirələri “E3 və Aİ-nin nüvə anlaşmasını qorumaq üçün son şans” olaraq xarakterizə edən Zərif: “E3, ABŞ-ın İranlılara vurduğu zərərin günahını bölüşür. ABŞ-ın birtərəfli qaydada müqavilədən çıxaraq sanksiya tətbiq etdiyi 2018-ci ildən bəri Avropa ölkələrinin İranla ticarət həcmi ciddi miqdarda azalıb. Bu da E3 / Aİ-nin nüvə müqaviləsindəki öhdəliklərə sadiq qalmadığının göstəricisidir. Tərəflər müqavilədəki öhdəliklərinə yenidən əməl edərlərsə İran da eyni istiqamətdə addım atar və ABŞ-ın razılaşmadan qanunsuz çıxmasına, E3-ün aşkar pozuntularına cavab olaraq həyata keçirdiyi tədbirlərdən dərhal imtina edər."
At Ministerial Meeting of remaining JCPOA participants, I emphasized:
— Javad Zarif (@JZarif) December 21, 2020
1. Last chance for E3/EU to save the JCPOA;
2. Iran-EU 2014-2019 trade data proves E3/EU have gravely breached their JCPOA obligations;
3. E3 share the blame with US for irreparable harm to Iranians;
1|3 pic.twitter.com/AWVhpbLTgA
Xatırladaq ki, Nüvə anlaşmasının tərəfləri İran, Çin, Fransa, Almaniya, Rusiya, İngiltərə xarici işlər nazirləri, Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell-in başçılığında video konfrans ilə yığıncaq keçiriblər. İclasda razılaşmanın bütün tərəflərinin dialoqu davam etdirmələri vurğulanıb. ABŞ-ın razılaşmaya yenidən daxil olabiləcəyi ehtimalı də yığıncaqda önə çəkilib.