Zərif: "Anti-İŞİD koalisiyası yenidən qurulmalıdır"

Zərif:

"Düşünürəm ki, ABŞ İŞİD-ə qarşı mübarizəyə hazır olduğunu göstərməlidir. Hələ ki o, İŞİD-ə kömək edir", - Zərif deyib

Beynəlxalq anti-İŞİD koalisiyası yenidən qurulmalıdır. 

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, belə bir təklifi İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif verib.

"Düşünürəm ki, İŞİD-ə qarşı vuruşan koalisiyanı yenidən qurmalıyıq. Çünki mövcud koalisiya terrorçularla mübarizədə ən effektiv olan generalı (Qasım Süleymanini - red.) öldürmək üçün istifadə olunub. Düşünürəm ki, bizə yeni bir koalisiya lazımdır", - Zərif Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən "Raysina Dialoqu" beynəlxalq siyasi forumda deyib.

İranlı general Qasım Süleymani Vaşinqtonun yanvarın əvvəlində keçirdiyi əməliyyatda öldürülüb. İran buna Amerika qoşunlarının İraqda yerləşən bazalarına raket hücumu ilə cavab verib. Bu isə bölgədə gərginliyin kəskin artmasına səbəb olub.

"Düşünürəm ki, ABŞ İŞİD-ə qarşı mübarizəyə hazır olduğunu göstərməlidir. Hələ ki o, İŞİD-ə kömək edir", - Zərif deyib.

Xəbəri paylaş

VİDEOLAR