Zəngəzurda Rusiya ordusunun iki dayaq məntəqəsi yaradıldı

Zəngəzurda Rusiya ordusunun iki dayaq məntəqəsi yaradıldı

Ermənistanın Zəngəzur vilayətində (Sünik) vilayətində Rusiyanın 102-ci hərbi bazasının iki dayaq məntəqəsi yaradılıb

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki,  bunu Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

"Sünik vilayətində 102-ci hərbi bazanın iki dayaq məntəqəsi yaradılıb. Bu nəinki Sünik (Zəngəzur-red.) vilayətinin, hətta Ermənistanın təhlükəsizliyinin təmini üçün əlavə zəmanətdir", - deyə Paşinyan bildirib.

Qeyd edək ki, apreldə Paşinyan bildirmişdi ki, Rusiya və Ermənistan Rusiyanın 102-ci hərbi bazasının genişləndirilməsi imkanını müzakirə edir.

Baş nazir Rusiya ilə hərbi ittifaqı Ermənistanın təhlükəsizliyinin əsas komponenti adlandırıb.

O, həmçinin bildirib ki, Ermənistan-Rusiya birləşmiş qüvvələr qrupunun və vahid hava hücumundan müdafiə sisteminin fəaliyyəti təhlükəsizliyin təmin edilməsi baxımından böyük praktik əhəmiyyətə malikdir.

Xəbəri paylaş

VİDEOLAR