Zəkzakiyə azadlıq şüarı ilə keçirilən aksiyaya hücum: 2 nəfər şəhid edildi

Zəkzakiyə azadlıq şüarı ilə keçirilən aksiyaya hücum: 2 nəfər şəhid edildi

Nigeriya rejimi yenə qan töküb

 Rasthaber Azərbaycan xəbər verir ki, Nigeriyada Şeyx Zəkzakinin azad edilməsi tələbilə keçirilən mitinq güc strukturları tərəfindən silah yolu ilə yatırılıb.

Kaduna şəhərində polis güclərinin atəşi nəticəsində Nigeriya islamçılarından 2 nəfər şəhid olub.

Al Ahd xəbər mərkəzinin məlumatına görə, Nigeriya İslam Hərəkatı yaydığı bəyanatda Məhəmməd Cavad Liman adlı yeniyetmənin polis tərəfindən qətlə yetirildiyini bildirib. İkinci şəhid edilən şəxsin adı isə açıqlanmayıb.

 Məlumata görə, bölgə valisi Nasir Əhməd el-Refainin əmrilə həyata keçirilən bu polis hücumu orta məktəb şagirdi 15 yaşlı Məhəmməd Cavad Limanın şəhid olmasına səbəb olub.

“Sivil etirazçılar Şeyx İbrahim Zəkzakinin azad olunmasını istəyirdilər.”, -deyə Nigeriya İslami Hərəkatı qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR