Əzizi: Sionist düşmənin itkiləri çox böyükdür

Əzizi: Sionist düşmənin itkiləri çox böyükdür

İran Məclisinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi son saatlarda həyata keçirilən raket hücumları ilə bağlı açıqlama verib. Əzizi bildirib ki, son atılan 23 raketin hamısı hədəflərə tam dəqiqliklə dəyib.

Az.rasthaber.com xəbər verir ki, Əzizi, “Bu gün Sionist rejimin həssas kəşfiyyat mərkəzləri birbaşa hədəfə alındı,” deyərək, hücumun əsas məqsədinin İsrailin kəşfiyyat və hərbi strukturlarına zərbə endirmək olduğunu vurğulayıb.

O əlavə edib ki, “İsrailin kəşfiyyat bazaları ciddi şəkildə zərər görüb. Əksər İsrail hərbi mərkəzləri hədəf alınıb və böyük ölçüdə məhv edilib.”

Əzizi həmçinin qarşı tərəfin ağır itkilər verdiyini iddia edib. Onun sözlərinə görə, İsrail bu itkiləri ictimaiyyətə açıqlamağa çəkinir:
“Sionist düşmənin itkiləri o qədər böyükdür ki, onları açıqlamaqdan qorxur, buna görə də ölülərini gecələr gizlicə dəfn etmək məcburiyyətində qalır.”

Xəbəri paylaş

VİDEOLAR