Rasthaberin baş redaktoru Aydınlıq Şəfəq Youtube kanalı tərəfindən təşkil olunan “İslam İnqilabı və İslami Gənclik” mövzusunda vebinarda çıxış edib
Rasthaber Azərbaycan xəbər verir ki, Aydınlıq Şəfəq Youtube kanalı tərəfindən təşkil olunan “İslam İnqilabı və İslami Gənclik” mövzusunda vebinarda çıxış edən Rasthaberin baş redaktoru, vəkil, Dr. Ziya Türkyılmaz gənclik kriteriyalarına işarə edərək deyib:
“Gənc insan təbiətinə görə, dünyaya, var-dövlətə, məqama və ümumi olaraq dünyadakı ləzzətlərə asılılığı daha azdır. Bunun üçün də çətinliklər qarşısında cəsurdur, qorxmazdır, fədakardır və hazırlıqlıdır.
Gənc insan günaha, fəsadla çirklənmədiyi və ya daha az çirkləndiyi üçün də Allah ilə rabitəsi daha güclüdür. Çünki Allah ilə rabitələrini gücləndirməyən insan mübarizə meydanında qala bilməz.
İnqilab və ya hər hansı bir mübarizə üçün fədakarlıq, özündən keçmək, çətinliklərə dözmək lazımdır. Ölməyi, yaralanmağı, içgəncəni, zindanda qalmağı istəməyən şəxs mübariz və inqilabçı ola bilməz.”
Çıxışının davamında Ziya Türkyılmaz İslam İnqilabının qələbəsindən əvvəl və sonra gənclərin daima ön cərgələrdə yer aldığını, hər cür çətinliklərə sinə gərdiklərini, yeni qurulan İslam Respublikasının idarəetmə məsuliyyətini boyunlarına götürdüklərini, inqilabı qorumaq üçün göstərdikləri səyləri, daxili üsyanlar və səkkiz illik müharibədə (İraq-İran müharibəsi) önəmli vəzifələr və hətta komandirlik etdiklərini, ölkənin bərpa və yenidən qurulmasından elmi və texnoloji fəaliyyətlərinə qədər bir çox sahədə motor vəzifəsini öz üzərlərinə götürdüklərini və hələ də bu vəzifələrə davam etmələri haqda misallar gətirib.
Rasthaberin baş redaktoru, vəkil, Dr. Ziya Türkyılmaz çıxışının sonunda Əhlibeyt İmamlarının hər birinin öncəki imamların mirasını qorumaqla yanaşı, öz zamanlarında fərqli siyasi, ictimai və elmi fəaliyyətlər etdiklərini və dini təlimləri təkamülə aparmaları haqda misallar çəkərək gəncləri (ictimai, siyasi məsələlərdə) təkrarçılıq, şüarçılıq və təqlidçilikdən uzaq durmağa dəvət edib.