Ziya Türkyılmaz İran, Rusiya, Türkiyə və İsrailin Qarabağ siyasətini şərh etdi

Ziya Türkyılmaz İran, Rusiya, Türkiyə və İsrailin Qarabağ siyasətini şərh etdi

Dr. Ziya Türkyılmaz 7sabah portalına verdiyi müsahibədə bu haqda danışıb

“Qarabağ problemi anidən ortaya çıxmadığı kimi, müharibə də anidən başlamadı. Bu vaxtda baş verməsi dünyadakı hazırkı vəziyyətlə bağlı idi. Belə ki, Azərbaycanın Ermənistanın əksinə müharibəyə hazır olması, ABŞ-ın prezident seçkilərilə bağlı problemlərə başlarının qarışması, Ermənistanda Rusiya əleyhdarı bir hökümətin işbaşında olması və Rusiyadan üz çevirərək Qərb ölkələrinə yönəlməsi, Ermənistanın 1994-ci ildən beynəlxalq qurumlardakı qeyri-adekvatlığı və beynəlxalq qurumlardakı yorğunluq və s. səbəblərdən yaranan reallığı fürsət bilən Azərbaycan mövcud ictimai-siyasi şəraiti düzgün dəyərləndirə bildi”, - Rasthaber Azərbaycan xəbər verir ki, bunu araşdırmaçı – yazar, hüquqşünas Dr. Ziya Türkyılmaz 7sabah portalına verdiyi müsahibədə bildirib.

“BMT Təhlükəsizlik Şurasının müxtəlif vaxtlarda verdiyi dörd ayrı fərmanda Azərbaycanın ərazi bütövlüyü və Qarabağın Azərbaycana aid olması açıq şəkildə vurğulanmış və Qarabağın statusunun danışıqlar yolu ilə həll edilməsi tövsiyə edilmişdir.”, -deyən Ziya Türkyılmaz bu müharibənin əslində iki dövlət arasında deyil, Azərbaycanda erməni və azərbaycanlılar arasında – vətəndaş müharibəsi kimi dəyərləndirildiyindən Rusiyanın Ermənistana dəstək olaraq müharibəyə müdaxilə etmədiyini bildirib.

Türkiyənin Azərbaycanı dəstəkləməsini uzun uzadı dəyərləndirmək lazım olduğunu önə çəkən Ziya Türkyılmaz “Türkiyənin hansı niyyət və hədəflə olursa olsun, bu haqlı davasında Azərbaycanın yanında yer alması, işğal altındakı torpaqlarını azad etməsi üçün açıq dəstək verməsi təqdirə layiqdir."-deyə əlavə edib. 

Ziya Türkyılmaz vurğulayıb ki, Türkiyənin bu cəsarətli duruşuna görə, Azərbaycandan bu dəstəyin müqabilində böyük gözləntiləri ola bilər.

Ayətullah Xameneinin açıq bir şəkildə 26 il əvvəlki reaksiyasını xatırladan Ziya Türkyılmaz “Ayətullah Xameneinin Azərbaycanın öz suverenliyini qoruması üçün işğal altındakı torpaqlarının azad etməsini açıqlaması, müharibənin ilk günlərində onun dörd əyalətindəki nümayəndəsinin Azərbaycana dəstək mesajı verməsi, İranın Azərbaycanın yanında durmasının isbatıdır. İran Qarabağ problemini siyasi yolla çözmək üçün sülh planını başda Azərbaycan olmaqla tərəflərə təqdim etmiş və Azərbaycan tərəfi də bunu müsbət qarşılamışdı. Təfərrüatlar açıqlanmasa da, İranın hazırladığı planın Rusiya vasitəsilə əldə olunmuş razılaşmanın maddələrilə çox oxşar olduğu deyilir.”, -deyə bildirib.

İsrailin bu müharibədəki roluna da işarə edən Ziya Türkyılmaz "Azərbaycan Rusiya ilə Qərb arasında balanslaşdırılmış  siyasət yürütməyə başladığında, ABŞ başda olmaqla Qərb ölkələrinin ilk şərti işğalçı İsrail rejimilə diplomatik əlaqələr qurmaq idi.  Bu münasibətlər zamanla sionist rejimin Azərbaycanla hərbi və iqtisadi əlaqələrini inkişaf etdirməsi üçün mühit hazırladı. Bu gün İsrailin neft ehtiyacının bir hissəsini Azərbaycan təmin edir", - deyərək İsrailin Azərbaycanla əlaqələrini artırmaq istəklərindən biri İran olduğunu bildirib.

"Lakin  İsrail Ermənistanla da yaxın münasibətlər qurdu. Son müharibədə belə, Ermənistana silah göndərdiyi bildirilirdi. İslamın və bəşəriyyətin düşməni olan İsrailin bu günə qədər heç kimə fayda gətirmədiyi və onun Azərbaycanla münasibətlərinin bu ölkəyə faydalı olmaqdan daha zərərli olduğu şübhəsizdir.", -deyə Ziya Türkyılmaz əlavə edib.

Rusiyanın Qarabağla bağlı mövqeyinə işarə edən Dr. Türkyılmaz deyib: “1813-ci ildə imzalanan Gülüstan və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrindən bəri Cənubi Qafqazda qərarlı olan Rusiyanın bu bölgəyə müdaxiləsindən imtina etməsini gözləmək sadəlövhlük olardı. Problemin mənbəyi Rusiyanın ekspansionist siyasətindən qaynaqlanır. Son iki əsrdə Rusiyada rejim dəyişikliyi olsa da, bu ölkənin cənuba, isti sulara çatma siyasəti heç vaxt dəyişməyib. Bunun üçün Qarabağ problemi Rusiyanın Trans-Qafqaz adlanan bu bölgədəki mövcudluğunu qorumaq üçün istifadə edəcəyi vacib bəhanələrdən biridir”.

Rusiyanın bölgədəki nüfuzunu saxlamaq üçün fürsət axtardığını önə çəkən Ziya Türkyılmaz bunun üçün Rusiyanın Azərbaycanın Şuşa kimi əhəmiyyətə malik yerləri  əlində saxlamasına problem yaratmaması uzun müddətli maraqları naminə baş verdiyini düşündüyünü bildirib.

Ziya Türkyılmaz sonra deyib: “Dünənə qədər müstəqillik deyil, nisbi muxtariyyətə malik olan Azərbaycanın, Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılıqda Qarabağın gələcək statusu üçün öhdəlik götürməməsini, müharibə ilə aldığı önəmli ərazilərdəki qələbə kimi dəyərləndirilə bilər. Ermənistan isə müharibədə məğlub olaraq, döyüş yolu ilə Xankəndinin Azərbaycanın əlinə keçməsinə mane olduğuna görə, Rusiyaya təşəkkür etməlidir.

Vaxtında müdaxilə edərək iki tərəfi də razı salan, SSRİ dağıldıqdan sonra qoşunlarını Qarabağa yerləşdirən Rusiya, heç bir itki verməyərək və bədəl ödəmədən qazanan tərəf olduğunu da inkar etmək olmaz.”

Xəbəri paylaş

VİDEOLAR