Zelenski: Ukrayna və Azərbaycan biri birinin ərazi bütövlüyünü dəstəkləyir

Zelenski: Ukrayna və Azərbaycan biri birinin ərazi bütövlüyünü dəstəkləyir

Ukrayna və Azərbaycan suverenliyin bərpası və ərazi bütövlüyü məsələlərində biri birini dəstəkləyir.

 Bunu Ukrayna prezidenti Vladimir Zelenski Bakıda rəsmi səfəri zamanı bildirib.

“Bugünkü danışıqların vacib mövzusu – regional və milli təhlükəsizliyin təminatıdır. İlk növbədə, söhbət Ukraynanın şərqindəki müharibə və Dağlıq Qarabağ münaqişəsindən gedir. Biz dövlətlərimizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyin bərpası və ərazi bütövlüyünü daima dəstəkləyirik. Həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bu istiqamətdə birgə işi davam etdirəcəyik”, - Zelenski Azərbaycan pezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxışı zamanı qeyd edib. (interfaks)

Xəbəri paylaş

VİDEOLAR