Zelenski hesab edir ki, onun ölkəsi üçün Rusiya ilə genişmiqyaslı müharibə ehtimalı var.
Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, onun ölkəsi üçün Rusiya ilə genişmiqyaslı müharibə ehtimalı var.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Kiyevdə keçirilən "YES Brainstorming" forumunda moderatorun sualını cavablandırarkən bildirib.
"Hesab edirəm ki, ola bilər. Bu mövzuda potensial var. <...>Bu, Rusiyanın ən böyük səhvi olacaq. Bundan sonra heç vaxt Rusiya, Ukrayna, Belarus arasında qonşuluq mövcud olmayacaq", - deyə Zelenski bildirib.