“Zelenski ABŞ-ı aldatdı”

“Zelenski ABŞ-ı aldatdı”

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Ramasvami bəyan edib ki, Zelenski ukraynalıların etibarını Amerikanın puluna qurban verib.

Az.rasthaber.com xəbər verir ki, ABŞ-da 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi, biznesmen Vivek Ramasvami X sosial media (keçmiş Twitter) səhifəsində ABŞ-ın ukraynalıların etibarını Amerika puluna qurban vermək istəyən Vladimir Zelenski tərəfindən aldadıldığını şərh edib.

Ramasvami açıqlamasında belə qeyd edib:

"ABŞ-dan olan vergi ödəyicilərindən daha çox pul almaq ümidi ilə ölkəsinin “demokratiya” kimi etibarını qurban verməyə hazır olan Ukrayna lideri xalqımızı aldadır".

Ramasvami həmçinin Zelenskini Ukraynada seçkilərin ABŞ tərəfindən maliyyələşdiriləcəyi təqdirdə keçirilə biləcəyi şərtini irəli sürdüyünə görə tənqid edib.

Xəbəri paylaş

VİDEOLAR