Mariya Zaxarova Avropanın “cilovsuz” şəkildə genişlənməsinin böhrana səbəb olacağını bildirib.
"Aİ-nin cilovsuz şəkildə genişlənmə ilə bağlı sərgilədiyi “aqressiv” yanaşma Avropa üçün mənfi nəticələrə, o cümlədən parçalanma və böhrana səbəb olacaq."
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü xəbərdarlıq edib ki, Ukrayna və Moldovaya “Aİ-yə namizəd” statusunun verilməsi Avropada yeni və daha dərin münaqişələrə zəminə yarada bilər.
O, əlavə edib ki, Aİ qonşu regionlarla “ağa və qul” prinsipi əsasında münasibətlər qurmağı hədəfləyir.