Azərbaycanda zəlzələ olub.
Bu barədə Rasthaber Azərbaycana Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 13:37-də Zaqatala stansiyasından 15 km cənub-qərbdə, Zaqatala rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.
Zəlzələnin dərinliyi 11 km, maqnitudası 2.8 olub.