Yunis Səfərov və digərlərinin məhkəməsi başlayır

Yunis Səfərov və digərlərinin məhkəməsi başlayır

Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclası Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim Məhəmməd Bağırovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçiriləcək. Məhkəmə saat 11:00-da başlayacaq.

Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər sakini, 35 yaşlı Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına və onun mühafizəçsinə atəş açıb.  O saxlanılıb.

İyulun 10-da şəhərin bir neçə yüz sakini İcra Hakimiyyətinin binası qarşısında toplaşaraq Y.Səfərovu dəstəkləyib, şəhər sakinlərini davamlı şəkildə təhqir etdiyinə görə icra başçısının hərəkətlərini pisləyiblər.

Mitinq polis tərəfindən dağıdılıb, iki polis zabiti həlak olub. Bundan sonra 60-dan çox adam həbs olunub. Onların çoxu artıq mühakimə edilib.   Beş nəfər saxlanma zamanı həlak olub.

Xəbəri paylaş

VİDEOLAR