Yunanıstanın Türkiyədəki səfiri XİN-ə çağırıldı

Yunanıstanın Türkiyədəki səfiri XİN-ə çağırıldı

Yunanıstanın Ankaradakı səfiri Mixail-Xristos Diamesis Xarici İşlər Nazirliyinə çağırılıb.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Yunanıstanın Türkiyədəki səfiri Mixail-Xristos Diamesis Xarici İşlər Nazirliyinə çağırılıb.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, nazirlikdə səfirə Türkiyənin ərazi sularının pozulmasına və jurnalistlərin saxlanılmasına son qoyulması ilə bağlı rəsmi Ankaranın tələbi çatdırılıb.

Qeyd edək ki, martın 11-də Türkiyə Sahil Mühafizəsinin gəmiləri Yunanıstan hərbi gəmisini ərazi sularından qovub. Hadisə səhər saatlarında Egey (Əgə) dənizindəki Bodrum turizm bölgəsinin sahilində baş verib. Türkiyəyə məxsus gəmi Yunanıstan gəmisinə minimal məsafəyə qədər yaxınlaşıb və onu Türkiyə sularını tərk etməyə məcbur edib.

Xəbəri paylaş

VİDEOLAR