Yunanıstanda mülki vertolyot qəzaya uğrayıb

Yunanıstanda mülki vertolyot qəzaya uğrayıb

Yunanıstanın Euboea adasının sahilində mülki vertolyotun naməlum səbəbdən dənizə düşdüyü bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin bölgədən verdiyi məlumata görə, AW109 tipli mülki vertolyot Volos Sənaye Bölgəsinə getmək üçün Euboea adasındakı Mandudi bölgəsindən ayrılıb.

Hadisə şahidlərinin sözlərinə görə, havada qeyri-adi manevrlər edən helikopterin bir müddət sonra radarla əlaqəsi kəsilib və helikopter naməlum səbəbdən Ahladi sahilində dənizə düşüb.

Helikopterdəki 2 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Xəbəri paylaş

VİDEOLAR