Yunanıstan İon dənizilə bağlı yeni qanun layihəsini təsdiqlədi

Yunanıstan İon dənizilə bağlı yeni qanun layihəsini təsdiqlədi

Yunanistan Parlamenti ölkənin ərazi sularının İon dənizində 6 mildən 12 milədək artmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, qanun layihəsi açıq səsvermə nəticəsində təsdiqlənib.

Baş nazir Kiryakos Miçotakis səsvermədən əvvəl etdiyi çıxışında ölkəsinin ərazi sularını genişləndirmə hüququna sahib olduğunu müdafiə edib və bu mövzuda beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının (BMT) Dəniz Qanunu Konvensiyasına uyğun addımlar atdıqlarını irəli sürüb.

Qeyd edək ki, Yunanıstan və İtaliya 9 avqust tarixində İon dənizində Məhdudiyyətli İqtisadi Zona sərhədlərinin müəyyənləşdirilməsinə dair  müqavilə imzalayıblar.

Xəbəri paylaş

VİDEOLAR