YouTube-nin gəliri açıqlandı

YouTube-nin gəliri açıqlandı

"Alphabet Holding" ("Google"un ana şirkəti) ilk dəfə olaraq "YouTube" video-hostinqinin əldə etdiyi gəlir göstəricilərini açıqlayıb.

"APA-Economics"in "Alphabet Holding"in dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, 2019-cu ildə "YouTube" reklamdan 15,15 mlrd. ABŞ dolları gəlir əldə edib ki, bu da 2018-ci il ilə müqayisədə 36% çoxdur.

Qeyd edək ki, "Google" şirkəti "YouTube"u 2006-cı ildə 1,65 mlrd. dollara satın alıb. O vaxtdan bəri holdinq "YouTube" üzrə reklamdan əldə etdiyi gəlirlər barədə məlumat yayımlamayıb.

 Məlumata əsasən, ötən il "Alphabet Holding"in gəlirləri 162 mlrd. dollar təşkil edib ki, bu da illik ifadədə 18% çoxdur.

Xəbəri paylaş

VİDEOLAR