Yəmənlilər Səud rejiminə etiraz olaraq mitinq keçiriblər

Yəmənlilər Səud rejiminə etiraz olaraq mitinq keçiriblər

Minlərlə yəmənli, Yəmənin altı illik mühasirəsinin davam etməsini qınamaq məqsədilə aksiya keçirərək, bu siyasətə qarşı öz hiddətlərini bildiriblər.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, Yəmənin altı illik mühasirəsinin davam etməsini, həmçinin təcavüzkarlar və onlara bağlı muzlular tərəfindən həyata keçirilən bu ölkə xalqına aclıq vemə siyasətini qınamaq məqsədilə minlərlə yəmənli aksiya keçirərək, bu siyasətə qarşı öz hiddətlərini nümayiş etdiriblər. 

"Yəmənə qarşı aparılan iqtisadi müharibə hərbi müharibədən heç də az deyil. Onlar aclıq və blokada siyasətindən Yəmən xalqına qarşı bir vasitə kimi istifadə edirlər və təzyiq göstərərkən, danışıqlara da çağırırlar, beynəlxalq qanunlar bu hərəkətlərə icazə vermir", -deyə mitinq iştirakçılarından biri bildirib.

Yəmənlilər bilirlər ki, təcavüzkarların nəzarətində olan keçidlər vasitəsilə idxal olunan malların rüsumlarının 100 faiz artırılması, qiymətləri daha da artıracaq və nəticədə yaşayış şəraitini pisləşdirəcək, bu səbəbdən Yəmən Ali Siyasi Şurası mühasirədə olan Əl-Hüdeydə limanı vasitəsilə zəruri malların idxal edilməsinin vacibliyini vurğulayır. 

Xəbəri paylaş

VİDEOLAR