Yəmən Ali İnqilab Komitəsinin rəhbəri deyib
Rasthaber Azərbaycan eastnews.org-a istinadən verdiyi xəbərə görə, Yəmən Ali İnqilab Komitəsinin rəhbəri ABŞ-ın Yəməndəki təcavüzkarlara silah dəstəyinin davam etməsinə toxunub.
Məhəmməd Əli Husi qeyd edib ki, ABŞ Yəməndəki müharibəni uzatmağa və ölkəni işğal etməyə çalışır: "Amerikalılar İŞİD və "Əl-Qaidə" daxil olmaqla, dünyanın hər yerindəki terror qruplarını dəstəkləyir. Yəmən müharibəsində Yəmən ordusuna qarşı bu terrorçuları da dəstəkləyirlər. Yəmənliləri qətliam edən təcavüzkarlarla sülh istəkləri rədd edilib. Yəmən xalqı qatillərlə sülhə nifrət edir".