Yəmənli lider BMT rəsmisini tənqid etdi

Yəmənli lider BMT rəsmisini tənqid etdi

"BMT nümayəndəsi istəyir ki, biz işğal ilə barışaq".

Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Husi BMT-nin bu ölkə üzrə xüsusi nümayəndəsi Martin Qrifitsi tənqid edib.

Məhəmməd Əli Husi açıqlamasında bildirib ki, Yəməndə problemin həlli işğalla nəticələnməməlidir.

"BMT nümayəndəsi istəyir ki, biz işğal ilə barışaq. Bu mümkün olmayacaq. Son ana qədər mübarizə aparacağıq", - deyə Məhəmməd Əli Husi diqqətə çatdırıb.

O qeyd edib ki, Yəmən böhranına səssiz qalmaq və işğalçıları dəstəkləmək xalqa qarşı haqsızlıqdır.

Xəbəri paylaş

VİDEOLAR