Yəmənin Ənsarullah hərəkatının hərbi sözçüsü Yəhya Səri çərşənbə axşamı bildirib ki, Amerikanın 3 təchizat gəmisinə Cibuti limanını tərk etdikdən sonra donanma, pilotsuz təyyarələr və raketlərlə hücum edilib.
Yəhya Səri bu əməliyyatın bir neçə raket və pilotsuz təyyarə ilə həyata keçirildiyini və hədəfləri uğurla vurduğunu açıqlayıb.
O, son 10 gündə gəmilər və esmineslərin ikinci dəfə hədəfə alındığına diqqət çəkib.
Yəmən həmçinin işğalçı İsrailə də zərbələr endirib.
Yəhya Səri hücumlar dayandırılana və Qəzza zolağının blokadası qaldırılana qədər Fələstinə dəstək və müdafiə əməliyyatlarının davam edəcəyini vurğulayıb.