2.08.2021 11:27:02
Yəmən baş naziri Əbdüləziz bin Habtur və Müdafiə naziri Məhəmməd Nasir əl-Atifi bazar günü görüşüblər.
Rasthaber Azərbaycan xəbər verir ki, Yəmənin müdafiə naziri hücum və mühasirə davam edəcəyi təqdirdə düşmənə bir çox sürprizləri olacağını bildirib.
Yəmən baş naziri Əbdüləziz bin Habtur və Müdafiə naziri Məhəmməd Nasir əl-Atifi bazar günü görüşüblər.
Görüşdə Habtur, Yəmən ordusu və xalq komitələrinin "Nəsrul Mubin" əməliyyatının ikinci mərhələsində əldə etdikləri zəfər münasibətilə təbrik edib.
Baş nazir, Milli Qurtuluş Hökümətinin təcavüzkar düşmənə qarşı müharibə meydanlarında Yəmən ordusuna və xalq komitələrinə verdiyi dəstəyin davam edəcəyini vurğulayıb.
Yəmənin müdafiə naziri müharibə meydanlarındakı son durum və Yəmən ordusu ilə xalq komitələrinin xüsusilə Beyda cəbhəsində əldə etdiyi zəfərlər haqında bir hesabat təqdim edərkən deyib: "Hücum davam edərsə Yəmən SQ və xalq komitələri təcavüzkarlar üçün çox sayda sürpriz hazırlayacaq."