Yəmənin Ali Siyasi Şurası atəşkəs şərtlərini açıqlayıb

Yəmənin Ali Siyasi Şurası atəşkəs şərtlərini açıqlayıb

Yəmənin Ali Siyasi Şurası Mehdi əl-Məşədin sədrliyi ilə keçirilən iclasda Yəməndə atəşkəsin şərtlərini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Hərəkatı bəyan edib ki, Yəməndə atəşkəsin uzadılması təcavüzkar Səudiyyə koalisiyasının yolların, hava limanlarının və limanların açılması, eləcə də bütün dövlət işçilərinin maaşlarının ödənilməsi istiqamətində hərəkətindən asılıdır.

Yəmənin Ali Siyasi Şurasının bəyanatında deyilir:

"Bu ölkənin Ali Şurasına təqdim edilən və ya sonradan təqdim ediləcək bütün təklif və planlar Yəmənin milli maraqları və Yəmən xalqının əzablarının yüngülləşdirilməsi əsasında araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək".

Qeyd edək ki, Yəməndə BMT-nin himayəsi ilə təxminən 6 ay əvvəl başlayan müvəqqəti atəşkəs hər iki aydan bir yenilənir.

Xəbəri paylaş

VİDEOLAR