Yəməndən Təl-Əvivə raket hücumu

Yəməndən Təl-Əvivə raket hücumu

Sionist rejim ordusu Yəməndən Təl-Əvivə doğru yenidən raket atdığını etiraf edib, lakin bu raketin vurulduğunu iddia edib.

Az.rasthaber.com xəbər verir ki, Tesnim Xəbər Agentliyinin məlumatına görə, sionist rejim ordusunun sözçüsü elan edib ki, raket Yəməndən atıldıqdan sonra işğal olunmuş Fələstinin müxtəlif bölgələrində, xüsusən də Təl-Əvivdə xəbərdarlıq sirenləri səslənib.

İşğalçı rejim mediası da bir neçə sionist məskunlaşmanın sığınacaqlara qaçarkən yaralandığını bildirib.

Sionist rejim ordusu həmişə olduğu kimi bu Yəmən raketinin müvəffəqiyyətlə məhv edildiyini iddia etsə də, yerli mənbələr bu raketlərin vurulduğunu bəyan edib.

Sionist rejim ordusunun radiosu etiraf edib ki, Yəmən qüvvələri bu ayın əvvəlindən (dekabr) İsrail hədəflərinə qarşı 10 ballistik raket və 9 pilotsuz uçuş aparatı (PUA) atıb.

Bu raketlər və PUA-lar sionist rejimin müdafiə sistemlərini işə salır və İsrailə böyük xərclər qoyur.

Xəbəri paylaş

VİDEOLAR