Yəmən qüvvələrinin atdığı raket səbəbindən işğal olunmuş Fələstin ərazisinin mərkəzi və cənub bölgələrində sirenlər səslənib. Raket hücumu nəticəsində ən azı 18 sionist yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, Mehr Xəbər Agentliyinin məlumatına görə, Yəmən qüvvələrinin atdığı raketə görə işğal olunmuş Fələstin ərazisinin mərkəzi və cənub bölgələrində sirenlər səslənib.
Xəbərdə raket hücumu nəticəsində ən azı 18 sionistin yaralandığı bildirilib.
İşğal qüvvələri raketin uğurla zərərsizləşdirildiyini iddia edib.
Sionist İsrail mediasının məlumatına görə, Ben Qurion hava limanında eniş zamanı gecikmələr olub.
Dünən qatil İsrail ordusu tərəfindən Yəmənin Səna və Hudeydə şəhərlərindəki hədəflərə hava zərbələri endirilib.
Yəmənin Səhiyyə Nazirliyi sionist İsrailin ölkənin qərbindəki Səna və Hudeydə şəhərlərinə həyata keçirdiyi hücumlarda şəhid olanların sayının 6-ya yüksəldiyini açıqlayıb.