Yəməndən işğal olunmuş ərazilərə raket hücumu edilib

Yəməndən işğal olunmuş ərazilərə raket hücumu edilib

Sionist mənbələr Yəməndən işğal olunmuş ərazilərə doğru raket atıldığını və bundan sonra sionist mühacirlər panika içində sığınacaqlara qaçdıqlarını bildiriblər.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim ABŞ-ın dəstəyi və beynəlxalq ictimaiyyətin susqunluğu ilə Qəzzada fələstinlilərə qarşı soyqırım törətməkdə davam edərkən, Yəmənin Ənsarullah Hərəkatı Fələstin məsələsinə dəstək olaraq sionist düşmənlə üz-üzədir.

Mehr Xəbər Agentliyinin məlumatına görə, sionist mənbələr Yəməndən işğal olunmuş ərazilərə doğru atılan raketin ardınca işğal altındakı Fələstinin müxtəlif bölgələrində sirenlərin səsləndiyini və sionist mühacirlər təşviş içində sığınacaqlara qaçdığını bildiriblər.

Sionist rejim ordusu bir bəyanatda Yəməndən işğal olunmuş ərazilərə doğru ballistik raketin atıldığını elan edib.

Təl-Əviv bu ballistik raketi ələ keçirdiklərini iddia edib.

Hələlik bu hücumla bağlı hər hansı can itkisi və ya maddi tələfat barədə məlumat yoxdur.

Yəmənin Ənsarullah Hərəkatı hələlik bu məsələ ilə bağlı açıqlama verməyib.

Xəbəri paylaş

VİDEOLAR